100 ildir yaşayır, amma - 25 yaşını qeyd edir

100-ildir-yasayir-amma
Oxunma sayı: 3089

Amerikalı Meri Forsit 100 ildir həyatda olsa da, 25 yaşını qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rəsmi olaraq 25 yaşını qeyd edən qadın özü üçün xüsusi şənlik təşkil edib. Səbəbini isə təqvimlərlə əlaqələndirib. 

Belə ki, Meri Forsit 1924-cü il fevralın 29-u anadan olduğu üçün o, hər 4 ildən bir ad gününü qeyd etməli olub. Çünki fevral ayı hər 4 ildən bir 29 gündən ibarət olur.