100 İŞİD-çi məhv edildi

100-isid-ci-mehv-edildi
Oxunma sayı: 1136

Kürd hərbi dəstəsi İraqda 100 İŞİD yaraqlısını məhv edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Peşmərgə” kürd qüvvələrinin komandanlığı məlumat yayıb. Rəhbərliyin sözlərinə görə, ötən gün Mosulun şimalında baş verən toqquşmalarda 100-dən çox İŞİD ekstremisti və 42 döyüş maşını məhv edilib.

“Peşmərgə” komandanı onu da bildirib ki, İŞİD-çilər tərəfindən zəbt edilmiş yaşayış məntəqələrinə nəzarət tam bərpa edilib.