100 kq kolbasa məhv edildi

100-kq-kolbasa-mehv-edildi
Oxunma sayı: 969

Xəbər verdiyimiz kimi, mayın 5-də Binəqədi rayonunda yerləşən kolbasa məhsullarının satışı anbarına baxış leçirilən zaman qarajda yararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və ”Xlbmaya” kalbasaları, eləcə də "Sab" və "Ovcu" sosiska nümunələrinin olması müəyyən edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilib. Odur ki, qeyri-qanuni, antisanitar şəraitdə saxlanılan və satılan kalbasa və sosis məhsullarının zərərsizləşdirilməsinə qərar verilib.

Ümumi çəkisi 100 kq olan kalbasa və sosis məhsulları baytarlıq-sanitariya ekspertiza laboratoriyasının krematoriyasında aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilib. Fuad Həsənov isə baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə 200 manat cərimələnib.

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Binəqədi Rayon Polis İdarəsinə göndərilib.