"100 milyondan çox insan qarşıdurma, təqib, aclıq və iqlim dəyişikliyi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb".
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş “Ümumdünya Qaçqınlar Günü” münasibətilə videomüraciəti zamanı deyib.
O bildirib ki, BMT qaçqınları qəbul edən ölkələrə daha çox dəstək verməlidir.
Quterreş, “Qaçqınların bağlanan sərhədlər və geri çəkilmələrə deyil, dəstək və həmrəyliyə ehtiyacı var” deyə bildirib.
"Bu, sadəcə səhifədə görünən rəqəm deyil. Bunlar çətin səyahətlər etmiş qadınlar, uşaqlar və kişilərdir. Onlar zorakılığa, ayrı-seçkiliyə və sui-istifadəyə məruz qalır”,- deyə Quterreş vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər