100 min gül ləçəyi ilə evlilik təklifi... - Fotolar

100-min-gul-leceyi-ile-evlilik-teklifi
Oxunma sayı: 5148

Ruhi Əliyevanın təşəbbüsü ilə məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın rol aldığı “Ağır romantik” filmi növbəti dəfə Türkiyə mediasında gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə ekran işində yer alan evlilik təklifi səhnəsi müzakirələrə səbəb olub. Sözügedən səhnədə Tuna həmkarı Türkaya 100 min gül ləçəyi ilə evlilik təklif edib.

“Milliyet.com”, “CNN Türk”, “Akşam”, “Haberglobal”, “Haberler”, “Posta”, “Takvim” kimi Türkiyənin məşhur saytları filmin romantik səhnələrlə yaddaşlara həkk olunacağını iddia edib.

Məlumat üçün bildirək ki, “Ağır romantik” Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. 

Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. 

Qeyd edək ki, “Ağır romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.