Bakıda məşhur texnoloji avadanlıqların satış mərkəzinin nasaz aparat satmaqla müştəriyə 100 min manata yaxın ziyan vurduğu bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı vətəndaş Daxili İşlər Nazirliyinə müraciət edərək məlumat verib.
Şəki sakini 1978-ci il təvəllüdlü V.Abdurrahmanova ərizəsində qeyd edib ki, 2020-ci il avqust ayında “Azbeauty Group” MMC-nin işçisi Y. Rəhimov ona nasaz lazer aparatı satıb. Vətəndaş qeyd edib ki, həmin aparata 97 500 manat ödəyib və aparat işləmədiyi üçün bu məbləğdə zərərə düşüb.
Müraciət araşdırılması üçün Nəsimi RPİ 21-ci Polis Bölməsinə göndərilib.
Son xəbərlər
Son Xəbərlər