100 nəfərin Azərbaycanı tərk etməsinə- - Qadağa

100-neferin-azerbaycani-terk-etmesine-
Oxunma sayı: 1861


“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, 22 nəfər Bərdə sakini, 8 nəfər Yevlax, 4 nəfər Salyan, 5 nəfər Şəki sakininin də ölkədən çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, nazirliyin bu tədbirləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında bəndinə müvafiq olaraq yerinə yetirilir.

“Cari ilin 01.04.2015-ci il tarixinə aşağıdakı borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək” - deyə, nazirliyin məlumatında deyilir.

Vergi borcunu ödəməyən şəxslərin siyahısı ilə burdan tanış olmaq olar.