1000 avro, 400 dollar və 5 qol saatı oğurladı

1000-avro-400-dollar-ve-5-qol-saati-ogurladi
Oxunma sayı: 1253

Bakıda evdən oğurluq etmiş şəxs tutulub.

QafqazinfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini İsmayıl Zeynalovun evindən 1000 avro, 400 ABŞ dolları, habelə 5 ədəd qol saatı və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elçin Lətifov tutulub.

Araşdırma aparılır.