1000 qutu siqaret müsadirə edildi

1000-qutu-siqaret-musadire-edildi
Oxunma sayı: 1693


Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja təkrar baxış təşkil edilib. Nəticədə, 2 ədəd çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycanın aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı A. Dadaşov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.