104 yaşlı kişi koronavirusdan sağaldı

104-yasli-kisi-koronavirusdan-sagaldi
Oxunma sayı: 1516

ABŞ-ın Oreqon ştatında koronavirusa yoluxmuş ən yaşlı xəstələrdən biri sağlığına qovuşub.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Uilyam Lapsçis dünyada bu günə qədər COVİD-19-dan sağalan ən yaşlı pasient olaraq qeydə alınıb.

Bu məqamda bildirək ki, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 215,357-yə çatıb, 5,113 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.