Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə imtahanların vaxtı bəlli olub.
İdarədən “Qafqazinfo”ya daxil olan məlumata görə, imtahanlar 29-30 yanvar 2018-ci il tarixlərində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin inzibati binasında keçiriləcək.
İmtahana buraxılış, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan müəyyənləşdirilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.
İştirakçı imtahan zalına daxil olmaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq. Bundan başqa, imtahanda iştirak etmək üçün iştirakçının öz iş nömrəsini bilməsi zəruridir.
Qeyd edək ki, müsabiqələrin test imtahanı mərhələsinə 1053 nəfər buraxılıb.
Son xəbərlər
Son Xəbərlər