11 ağacı kəsib təbiətə 1675 manatlıq ziyan vurdular

11-agaci-kesib-tebiete-1675-manatliq-ziyan-vurdular
Oxunma sayı: 849

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

“Qafqazinfo”nun xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub:

Faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ Rayon Polis Şöbəsinə göndərilib.