Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Fevralın 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, lakin Lənkəran-Astara zonasında qar yağacağı ehtimal olunur.
Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 15-20, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 06-dək Abşeron yarımadasında gözlənilən soyuq diskomfort şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.
Son xəbərlər
Son Xəbərlər