11 il həbs cəzasına etiraz – - Hər iki tərəf

11-il-hebs-cezasina-etiraz-
Oxunma sayı: 1765


“Qafqazinfo” xəbər verir ki, 2013-cü il iyulun 19-u axşam saat 21 radələrində "Gənclik" metrostansiyasının yaxınlığında, S.Quliyev küçəsində Minas Əliyev tanışı - Abşeron rayon sakini Rahib Şahbazovun (1975-ci il təv.) ürək nahiyyəsinə 2 bıçaq zərbələri vurmaqla, onu qəsdən öldürüb. Sonuncu kəskin qanitirmədən dünyasını dəyişib. Şübhəli şəxs hadisə yerindən qaçsa da, həmin gecə Sabunçu RPİ 13-cü polis bölməsinə gəlməklə, könüllü təslim olub. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi qaldırılıb.  Hadisə yerində bir sıra maddı sübutları ilə yanaşı mərhuma məxsus "Mercedes" markalı avtomaşın aşkar edilib.

Bu ilin iyun-iyul aylarında Bakı Ağır cinayətlər məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə iş üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən narazı qalan hər iki tərəf apellyasiya şıkayəti verib. 

Proses davam edir. 


Ceyhun