11 il sonra ilk dəfə səfər etdi

11-il-sonra-ilk-defe-sefer-etdi
Oxunma sayı: 769

İraq Sədr hərəkatının rəhbəri Seyid Müqtəda Əs-Sədr 11 il sonra Səudiyyə Ərəbistanına səfər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əs-Sədr kralın vəliəhdi Məhəmməd bin Salmanın rəsmi dəvəti ilə səfər edib.

Ciddə şəhərində baş tutan görüşdə Səudiyyə Ərəbistanı - İraq münasibətləri müzakirə edilib. Görüşün detayları barədə məlumat verilməyib.

Qeyd edək ki, İraqda şiələrin lideri sayılan Müqtəda Əs-Sədr sonuncu dəfə 11 il öncə Səudiyyə Ərəbistanına səfər etmişdi.