Fransada 11 jurnalistin öldürüldüyü terror hadisəsinin əvvəldən planlaşdırılan tamaşa olması ilə iddialar yayılmaqdadır.
“Qafqazinfo” xəbər verir ki, belə maraqlı iddialardan biri də “livejournal” tərəfindən irəli sürüb.
Bloggerin fikrincə, terror faktında qeydə aldığı məntiqəzidd məqamlardan biri hadisədə 12 ölü və 20 yaralının olmasına baxmayaraq, onların gözə dəyməməsi və haqqlarında məlumatın olmamasıdır.
Bundan başqa, terror baş verəndən 10 dəqiqə sonra prezident Ollandın hadisə yerində olması digər şübhəli məqamlardan biri kimi göstərilir. Protokol qaydalarına görə, təhlükəsizlik baxımından birinci şəxslərin hadisə yerinə gəlməsi yolverilməzdir.

Eyni zamanda, digər şübhəli məqam terrorçu tərəfindən 40 santimetr məsafədən Kalaşnikov avtomatı ilə başından vurularaq öldürülən polisin üzərində yara izinin olmaması və asfaltda heç bir qan izinə rastlanmamasıdır.

İnsidentdə 32 yaralı olsa da hadisə yerinə 2 təcili yardım maşının gəlməsi, yaralılardan birinin çılpaq olması, onlardan birinin başında isə morqda şəxsiyyəti müəyyən edilməyən ölülər üçün aparılan sıralama nömrəsinin olması şübhələrə səbəb olan əlamətlər kimi göstərilir. Bundan başqa, nədən redaksiyanın küçədən pəncərəsinə atəş açıldığı sual edilir: “Nədən küçədən atəş açmaq lazım idi, yoxsa gəlişləri ilə bağlı xəbərdarlıq edirdilər?”

Hadisə baş verən zaman küçədə heç kəsin olmaması, hadisədə şahid qismində danışan şəxslərin çəkiliş üçün mobil telefonlardan istifadə etməməsi və ən nəhayət yaralıları daşıyan komandanın eyni adamlardan ibarət olması “artistlərə qənəet edilib” şəklində ironiya hədəfinə çevrilib.

Son xəbərlər
Son Xəbərlər