11 kənd işıqsız qaldı - Qubada

11-kend-isiqsiz-qaldi
Oxunma sayı: 1422

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Quba rayonunun bəzi dağ kəndlərinə elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, elektrik enerjisi rayonun, əsasən Rustov-Qonaqkənd istiqamətində yerləşən Püstəqasım, Dəhnə, Güneyməhəllə, Rustov, Xanagah, Növdün, Şuduq, Qam-qam, Töhmər və Hacağalar kəndlərinə fasilələrlə verilməyə başlayıb.

Quba Rayon Elektrik Şəbəkəsinin rəisi Taleh Səfərov bildirib ki, hazırda təmir briqadası problemin aradan qaldırılması istiqamətində tədbirlər görür:

"Havaların qarlı, şaxtalı və küləkli keçməsilə əlaqədar elektrik xətlərində qırılmalar səbəbindən məhdudiyyətlər yaranıb. Hazırda Quba Rayon Elektrik Şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən açılmaların təmir-bərpa işlərini həyata keçirirlər".