11 milyonluq instaqram hesabını sildi

11-milyonluq-instaqram-hesabini-sildi
Oxunma sayı: 4106

Karyerasını İtaliyada davam etdirən türkiyəli aktyor Can Yaman son hərəkəti ilə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, hazırda “Sandokan” serialının çəkilişləri ilə məşğul olan Can Yaman 11 milyonluq instaqram hesabını silib.

Məlumata görə, Yamanın hesabını silməsinə səbəb sosial medianın ona xeyirdən çox zərər gətirməsi və işinə konsentrasiyasına təsir etməsidir. Aktyorun serial çəkilişlərini sentyabr ayına qədər davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, 34 yaşlı aktyor Türkiyədə yayımlanan “İnadına aşk”, “Hangimiz sevmedik”, “Dolunay”, “Erkenci kuş”, “Bay yanlış” kimi seriallarda baş rolu oynayıb. 2022-ci ildə dünyaca məşhur brendlər olan “Dolce & Gabbana” və “Mercedes-Benz”in üzü olub.