Rusiyanın məşhur “Qolos deti” mahnı müsabiqəsinin növbəti buraxılışı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, 11 yaşlı həmyerlimiz Nurlan İsmayılov Stasey Federov və Alinoy Sansızbay ilə səhnəyə çıxıb.
Onlar Clean Banditin “Rockabye” musiqisini səsləndiriblər.
Nyuşanın komandasında yarışan həmyerlimizin ifası bəyənilməyib, yarışmadan gedib.
O, kədərləndiyini və komanda rəhbərindən çox şey öyrəndiyini söyləyib.
Son xəbərlər
Son Xəbərlər