11 yaşlı piyadanı maşın vuraraq öldürdü

11-yasli-piyadani-masin-vuraraq-oldurdu
Oxunma sayı: 2280


“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə şəhərinin Nərimanov prospektində baş verib.

1992-ci il təvəllüdlü Gəncə sakini Göyüşov Vüqar Xasay oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil piyada, 2003-cu il təvəllüdlü Muradov Rəvan İlham oğlunu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.