11 yaşlı qızı zorlayanı döyərək öldürdülər - - Foto

11-yasli-qizi-zorlayani-doyerek-oldurduler-
Oxunma sayı: 6436


“Qafqazinfo”nun xarici mediaya istinadən verdiyi xəbərə görə, hadisə Hindistanın Naqaland əyalətində baş verib. Bir neçə gündür polis tərəfindən axtarışda olan 18 yaşlı İbo Cha hüquq-mühafizə orqanlarından öncə vətəndaşlar tərəfindən ələ keçirilib.

Döyülərək qəsəbənin mərkəzində gətirilən gənc öncə tamam soyundurulub, sonra isə təxminən min nəfər tərəfindən taxta parçaları ilə ölənədək döyülüb.

Onun öldürülməsindən sonra hadisə yerinə gələn polislər bu cinayətə görə heç kimi həbs etməyib.

Murad Əhməd