11 yaşlı uşaq faciəvi şəkildə öldü

11-yasli-usaq-facievi-sekilde-oldu
Oxunma sayı: 646

Şəmkirdə 11 yaşlı uşaq yol qəzasının qurbanı olub.

“Qafqazinfo” ARB-yə istinadən xəbər verir ki, rayonda piyadavurma hadisəsi baş verib. Qəza saat 17.00 radələrində Seyfəli kəndi ərazisində qeydə alınıb. Kənd sakini 25 yaşlı Suliddin Məmmədov “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən 11 yaşlı Taleh Şərifovu vurub. 

Suliddin Məmmədov yaralını xəstəxanaya apararkən, uşaq yolda dünyasını dəyişib. Sürücü saxlanılıb. 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.