11 yaşlı uşaq su anbarında boğuldu

11-yasli-usaq-su-anbarinda-boguldu
Oxunma sayı: 2623

Cəlilabadda su anbarında çimən uşaq boğulub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində yerləşən İncəçay su anbarında qeydə alınıb.

11 yaşlı Səməd Mənsurov digər uşaqlarla birlikdə anbarda çimərkən dərinliyə düşərək batıb.

Uşağın cansız bədəni sudan çıxarılaraq təhvil verilib.