110 milyonu mənimsəyən eks-nazirə 7 il iş verildi

110-milyonu-menimseyen-eks-nazire-7-il-is-verildi
Oxunma sayı: 649

Misir məhkəməsi keçmiş DİN rəhbəri Həbib əl-Ədlini 7 il müddətinə azadlıqdan məhrum edib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, eks-nazir 110 milyon dolları mənimsəməkdə ittiham olunur.

Onunla birlikdə nazirliyin daha 10 keçmiş əməkdaşı haqqında həbs-qətimkan tədbiri seçilib.