110 min oğurlayan dəstə ilə bağlı - - Əməliyyat

110-min-ogurlayan-deste-ile-bagli-
Oxunma sayı: 741


“Qafqazinfo”nun verdiyi xəbərə görə, dəstə üzvləri içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayıblar.

Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ 16-ci Polis Bölməsi və Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində dəstənin digər üzvü, Tərtər rayon sakini Asəf Əliyev Samux rayonunda saxlanılıb.

Qeyd edək ki, iyulun 31-də Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin üzvü Tərtər rayon sakini, əvvəllər məhkum olunan Tural Əzizov saxlanılıb.

Murad Əhməd

“Qafqazinfo”