111 yaşı var - 107 nəvə, 4 nəticə

111-yasi-var
Oxunma sayı: 2195

Türkiyənin Muş şəhərində yaşayan 111 yaşlı qocanın düz 107 nəvəsi var.

Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 7 övlad atası Zübeyir Bakır nəvə, nəticələri ilə vaxt keçirməyi çox sevir. 4 nəticəsi olan qoca yaşının bir əsri adlamasına baxmayaraq hər ehtiyacını özü ödəyir. Həyat yoldaşını isə bir neçə il əvvəl itirib. Övladları ilə birlikdəyə yaşayan Zübeyir Bakır jurnalistlərə xoşbəxt olduğunu bildirib:

“Yoldaşım 90 yaşında öldü. Birlikdə 76 il yaşadıq. 7 övladımız, 107 nəvəmiz və 4 nəticəmiz oldu. 76 ildə bir dəfə də olsun bir-birimizi incitmədik. Həmişə xoşbəxt həyat yaşadıq. Həyat yoldaşımı çox sevirdim, o da məni sevirdi. Onun ölümündən sonra övladlarım və nəvələrimlə nəfəs aldım. Günümü onlarla keçirmək məni xoşbəxt edir”.

Günel Hacı