Nazir müavini bildirib ki, gənc kadrların potensialından düzgün istifadə və onların peşəkarlıq səviyyəsinin daim artırılması onlar üçün prioritet məsələlərdəndir. S.Məmmədxanov gənc kadrların öz üzərində daim işləmələrinin, intellektual səviyyələrini yüksəltmələrinin və fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarının vacibliyini xüsusi vurğulayıb.
Yeni işə qəbul olunan stajçı vergi xidməti əməkdaşları adından çıxış edən Vergilər Nazirliyi Aparatının Protokol bölməsinin dövlət vergi müfəttişi Fərid Salmanov istər işə qəbul zamanı, istərsə də iş prosesində yaradılmış şəffaf şəraitə, ədalətli və bərabər imkanlara görə minnətdarlığını bildirib.
Qeyd edək ki, 2005-ci ildən indiyədək dövlət vergi orqanlarına işə qəbulla bağlı 10 müsabiqə keçirilib, bu müsabiqələrdə iştirak üçün ümumilikdə 13.500 nəfər müraciət edib, onlardan 1.834 nəfər test imtahanı mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, müsahibələrdə namizədlərdən 1.294-ü vakant vəzifələrə uyğun hesab olunaraq ehtiyat kadrlar siyahısına daxil edilib. Bu günə kimi ehtiyat kadrlar siyahısında olan namizədlərdən 1.119 nəfəri dövlət vergi orqanlarında işlə təmin olunub.
Son xəbərlər
Son Xəbərlər