114 nəfər müəllim üçün ixtisasartırma kursları

114-nefer-muellim-ucun-ixtisasartirma-kurslari-
Oxunma sayı: 3522

Təhsil Nazirliyi “Təməl” təqaüd proqramı çərçivəsində ibtidai təhsil müəllimlərinin peşəkar inkişafını təmin etmək məqsədilə ixtisasartırma kursları təşkil edib.
"Qafqazinfo"ya nazirlikdən verilən məlumata görə, ilk növbədə, ixtisasartırma kursuna hədəf qrupu kimi cari ildə IV siniflərdə dərs deyən 114 nəfər müəllim cəlb olunub. Əsasən paytaxtın ətraf yaşayış məntəqələrində yerləşən məktəblərdə çalışan müəllimlərin iştirak etdiyi kurslar 5 təlim mərkəzində keçirilib.
Almaniyadan dəvət edilmiş praktik psixoloq Qalina Heynzelman müdavimlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
İxtisasartırma kursunun yekununda müdavimlərin qiymətləndirilməsi aparılıb. Ümumilikdə, 114 nəfər müdavimdən 113-ü qiymətləndirmədə iştirak edib, onlardan 65 nəfəri (57 faiz) yaxşı nəticə göstərib.