Sərnişinlər yenə də 114 nömrəli marşrutdan şikayətçidir. “Qafqazinfo”ya müraciətində onlar bildirib ki, 114 nömrəli avtobuslar iki xətt üzrə: 20 Yanvardan Yeni Qəsəbə, Pirəküşkülə 114 A, 20 Yanvardan Müşfiqabada 114 B kimi hərəkət etməyə başlasa da, problem hələ də qalır.
Redaksiyamıza video göndərən sərnişinlər qeyd edib ki, səhər saatlarındasözügedən marşrutlara minmək mümkün olmur:
“Bu videoda sürücünün sərnişinlə necə kobud rəftar etməsi açıq-aydın görünür. Qadın Sulutəpənin Dəyirman deyilən dayanacağında 114-ə minmək istəyir, 2 avtobus keçsə də, saxlamır. 3-cü də saxlasa da, minə bilmir. Məcbur olub taksiyə 1 manat verib gəlir və Sulutəpə dairəsində yenidən bu 114-ə minir".
Sərnişinlər əlavə edib ki, bu yaxınlarda "114"ün sürücülərindən biri avtobusla adam vurub.
“Qafqazinfo” məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb. O bildirib ki, müraciət BNA tərəfindən ətraflı araşdırılacaq:
“Biz bu marşrut xətti ilə bağlı əhalidən daxil olan müraciətləri nəzərə alaraq 114 a və 114 b olmaqla iki xətt yaratdıq. Sərnişinlərimizi narahat edən məsələlər varsa, təbii ki, bunun aradan qaldırılması üçün daşıyıcıya tapşırıq veriləcək”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər