115 minlik evlilik təklifi... - Fotolar

115-minlik-evlilik-teklifi
Oxunma sayı: 5290

Türkiyəli milyarder Hacı Sabancı model sevgilisi Özge Ulusoya böyük jest edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sevgilisinə aldığı bahalı hədiyyələrlə gündəmə gələn Sabancı bu dəfə də Özgeni sevindirib.

Milyarder 100 min dollar dəyərində 5 karatlıq saf brilliant alıb. Sabancı brilliantdan üzük hazırlamaq üçün isə 15 min dollar əlavə pul ödəyib.

Hacı Sabancı üzüyü Özge Ulusoya təqdim edərək evlilik təklifi edib. Ulusoyun Sabancıya cavabı “bəli” olub.