1171 abituriyent qeydiyyatdan keçməyib- - Son gündür

1171-abituriyent-qeydiyyatdan-kecmeyib-
Oxunma sayı: 906


"Qafqazinfo" xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan 32279 abituriyentdən 31108-i artıq qeydiyyatdan keçib. 1171 nəfər abituriyent isə hələ də qeydiyyat prosesində iştirak etməyib. 

Ali məktəblərə qeydiyyat prosesi 27 avqust saat 17:00-da başa çatacaq. 

Tələbə adı qazanan şəxslər həmin vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

“Qafqazinfo”