“12-13 minə toya gedirlər, amma vergi vermirlər...”

12-13-mine-toya-gedirler-amma-vergi-vermirler
Oxunma sayı: 2997

"Şou-biznes nümayəndələrinin vergi ödəmələrində xeyli irəliləyişlər var".

"Qafqazinfo"nun məlumatına görə, bu sözləri Vergilər Nazirliyinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov KİV nümayəndələri ilə görüşündə deyib. 

Müşavir bildirib ki, təkcə ötən ilin dekabr ayında şou-biznes nümayəndələri tərəfindən ödənilən vergilərin həcmi ötən ilin 11 ayında ödənilən məbləğə bərabər olub:

"Bu ilin 1-ci rübündə xeyli irəliləyiş olub. Çoxu vergiyə cəlb edilib. Aralarında elə şəxslər var ki, heç vergi uçotu qeydiyyatı olmayıb.  Bu kimi hallar aradan qaldırılıb. 12-13 min manata toya gedirlər, amma vergi ödəmək istəmirlər. Danışanda da elə ağızdolusu danışırlar ki?

Ayda 300 manat maaş alan süpürgəçi hər ay 40-50 AZN vergi ödəyir. Amma bunlar ödməkdən boyun qaçırırlar. Ciddi nəzarət davam etdirilir. Gələcəkdə ictimaiyyətə maraqlı olarsa, onların hər birinin vergi borclarını açıqlaya bilərik". 

 Nigar Məmmədli