“Qafqazinfo” Apasport.az saytına istinadən xəbər verir ki, yarışın ilk günündə qısa rəqslə məharətlərini göstərən idmançılar bu dəfə sərbəst proqramda bacarıqlarını nümayiş etdirirlər.
Azərbaycanı təmsil edən Aleksey Sitnikov – Yuliya Zlobina dueti də büz üzərinə çıxıb. Qısa rəqsdə inamlı təsir bağışlayaraq, 14-cü olan cütlüyümüz bu dəfə “8” nömrə altında mübarizə aparıb. İlk gündə hakimlərdən 58,15 bal alan cütlüyümüzün ikinci çıxışı daha uğurlu alınıb və onlar 91,78 bala layiq görülüb. Bununla da 2 nəticənin cəmində 148, 63 bal toplayan Sitnikov – Zlobina dueti yığmamızın rekorduna imza atıb. Çünki təmsilçilərimiz ən azı 14-cü yeri özlərinə təmin ediblər. İndiyədək “Ağ Olimpiada”da rekordumuz 16-cı yer idi.
***
Yarışın qalibi adı Çarli Uayt - Meril Devis (ABŞ, 195,52) cütlüyünə qismət olub. Vankuver-2010-un qızıl mükafatçıları Skott Moyr - Tessa Virçu (Kanada, 190, 99) bu dəfə gümüş medalla kifayətləniblər. İlk "üçlüyü" isə rusiyalı Nikita Katsalapov - Yelene İlinıx (183,48) dueti qapayıb.
Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 90,48 xal toplayıblar və ümumi nəticə ilə (148,63) 12-ci yeri tutub.
Qeyd edək ki, növbəti 2 gündə daha 2 idmançımız mübarizəyə qoşulacaq.
Son xəbərlər
Son Xəbərlər