12 gündə 130 mindən çox sərnişin qatarla səyahət edib

12-gunde-130-minden-cox-sernisin-qatarla-seyahet-edib
Oxunma sayı: 963

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bayram günlərinin statistikasını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ADY şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşıyıb.

20-31 mart tarixlərində 132 124 nəfər, o cümlədən:

Abşeron dairəvi dəmir yolu ilə 106 006 nəfər;

Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər;

Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231 nəfər;

Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 nəfər rahat və təhlükəsiz səfər edib.