12 ildən sonra... - Foto + Video

12-ilden-sonra
Oxunma sayı: 3228

Əməkdar artist Röya Ayxan və “Dəriman” qrupunun keçmiş solisti ABD Malik “Gəlmədin” mahnısını yenidən ifa ediblər. “Qafqazinfo” xəbər verir ki, müğənni qrupla 2006-ci ildə duet oxuduğu bəstəni bu dəfə maliklə oxuyub. 

Sözləri Malikə, musiqisi İsa Məlikova məxsus klipdə Röya çəkilməyib və sujet xətti təkcə ABD Malikin üzərində qurulub. 

Ötən təqdimata qatılan Röya layihəni ekran işini bəyəndiyini bildirib: “Klipdən doymurdum, çox bəyəndim. Maraqlı iş alınıb. Mahnı da sanki dəyişib. Yaxşı ki, bu layihəni etdik. Mahnının 12 illik tarixçəsi var. İlk dəfə təklif məndən gəlmişdi, daha sonra isə Malik mənə bu barədə dedi. Sevinirəm ki, bu mahnı və klipdən yeni nəslin də xəbəri olacaq”.   

Malik isə dueti tək ifa etməsinə belə aydınlıq gətirib: “Qrup üzvləri ilə dostluğumuz qalıb, amma bir yerdə deyilik. Qərara gəldim ki, tək oxuyum”.