12 ilə 46 milyon itirib

12-ile-46-milyon-itirib
Oxunma sayı: 5181

Keçmiş futbolçu Devid Bekhemlə 22 ildir evli olan Viktoriya Bekhem maddi çətinlik çəkir.

“Qafqazinfo” xəbər verir ki, uzun müddətdir maliyyə problemi yaşayan “Space girls” qrupunun eks-üzvü sahibi olduğu moda şirkətini bağlamaq təhlükəsi ilə üzləşib. Bu, bir ildir dünyada davam edən pandemiya ilə əlaqədardır.

İngiltərənin “Daily Mail” qəzeti yazır ki, moda ikonu 46 milyon sterlinq dəyərində zərər edib. Bu, 2008-ci ildən bu günə qədər hesablanan rəqəmlərdir.

Qeyd edək ki, Bekhem ailəsi bu günədək dünyanın ən zəngin məşhurları siyahısında yer alıb. Cütlük 1999-cu ildə ailə qurub, onların bu nikahdan Bruklin, Romeo, Kruz və Harper adlı dörd övladı dünyaya gəlib.