12 iyun iş günüdür- - Parlament qəbul etmədi

12-iyun-is-gunudur-
Oxunma sayı: 5092


“Qafqazinfo” xəbər verir ki, parlamentin may ayının 15-də keçirilmiş plenar iclasının gündəliyinə məsələ daxil edilsə də, həmin  iclasda layihə müzakirə olunmayıb. 

Xatırladaq ki, parlamentin sonuncu iclası may ayının 29-da keçiriləcək. Bu iclasda da qanun layihəsinin müzakirə edilməsi nəzərdə tutulmayıb. Beləliklə, Birinci Avropa Oyunlarının açılış mərasimi zamanı dövlət müəssisələrində iş günü olacaq.

Qeyd edək ki, 12 iyunun qeyri-iş günü elan edilməsini oyunların açılış mərasimi zamanı paytaxtda nəqliyyatın hərəkətinin azaldılması ilə əlaqələndirirdilər.

Günel Türksoy