“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, layihə Milli Məclisin mayın 15-də keçirilən iclasının gündəliyində yer alsa da sonradan çıxarılıb: "Qanunvericilik təşəbbüskarı tərəfindən məsələnin bu gün müzakirə olunması təxirə salınıb. Bu, bugünkü iclasın gündəliyndən çıxarılması ilə bağlı verilən qərardır. Növbəti iclasların gündəliynə salınıb-salınmayacağı haqda hələ məlumat yoxdur”.