“12 komandaya texniki məğlubiyyət verildi”- - AFFA-dan şok cəzalar

12-komandaya-texniki-meglubiyyet-verildi-
Oxunma sayı: 1461


Bu iclas şok cəzalarla yadda qalıb. Belə ki, komitə 12 komandaya texniki məğlubiyyət verib.

Həmin qərarları olduğu kimi təqdim edirik: "4 mart 2015-ci il  U-19 Liqasının AZAL – “Bakı” matçında AZAL komandasının heyətində 9 №-li futbolçusu Murad Quluzadə turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 98).

12 mart 2015-ci il U-16 Liqasının “Simurq” – “MKT Araz” matçında  “MKT Araz ” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

10 mart 2015-ci il U-15 Liqasının “Simurq” – “Rəvan” matçında  “Rəvan” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

8 mart 2015-ci il U-14 Liqasının “Təhsil”(Sumqayıt) – “Abşeron”(Xırdalan) matçında  “Abşeron” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il U-14 Liqasının UGİM (Balakən) – “Simurq” PFK matçında  UGİM  klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

7 mart 2015-ci il Coca Cola U-13 Liqasının “Sumqayıtspor” (Sumqayıt) – “Abşeron” (Xırdalan) matçında “Sumqayıtspor” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il Coca Cola U-13 Liqasının İOEUGİM (Sumqayıt) – “Sumqayıtspor” (Sumqayıt) matçında “Sumqayıtspor” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

8 mart 2015-ci il Atena U-12 Liqasının İOEUGİM (Sumqayıt) – “Həkəri” (Sumqayıt) matçında “Həkəri” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

8 mart 2015-ci il Atena U-12 Liqasının “Təhsil” (Sumqayıt) – “Sumqayıtspor” (Sumqayıt) matçında “Sumqayıtspor” klubunun heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

8 mart 2015-ci il U-11 Liqasının RİOEUGİM – “Vətən” RİOEUG matçında RİOEUGİM klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

8 mart 2015-ci il U-10 Liqasının “Abşeron” (Xırdalan) – “Təhsil” (Sumqayıt) matçında “Abşeron” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il U-10 Liqasının “Daşqın” (Zaqatala) – “Viktoriya” (Zaqatala) matçında “Viktoriya” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56)".