1,2 milyard avroluq final gecəsi

12-milyard-avroluq-final-gecesi
Oxunma sayı: 768

Çempionlar Liqasının finalında qarşılaşacaq “Yuventus” və “Real Madrid” klublarının heyətindəki futbolçuların toplam qiyməti diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, futbolçuların ümumi dəyərinin 1 milyard 212 milyon avro olduğu final gecəsində azarkeşlər bir çox bahalı ulduzu izləyəcəklər.

“Real”ın heyətinin dəyəri 764 milyon 800 min, “Yuventus”un isə 447 milyon 200 min avrodur.

Onların arasında hazırki transfer qiymətinə görə Ronaldo (100 milyon avro) və Hiquayn (75 milyon avro) xüsusi diqqət cəlb edir.

Qeyd edək ki, oyun mayın 3-ü Bakı vaxtı ilə 23:45-də başlayacaq. Matç Uelsin paytaxtı Kardifin “Millenium” stadionunda baş tutacaq.