Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə H.Abdullayeva barəsindəki məhkəmə-psixatrik ekpertzanın rəyi açıqlanıb. Məlum olub ki, təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir. Zərərçəkmişlər buna etiraz edərək təkrar ekspertizanın keçirilməsi barədə vəsatət veriblər. Vəsatət təmin olunub və təkrar rəy verilənədək proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, H.Abdullayeva şirkət yaratmaq adı ilə 6 nəfərdən dələduzluq yolu ilə 1,2 milyon manat pul alaraq mənimsəyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər