12 nəfərin yaşadığı ev yanıb bu hala düşdü - Fotolar

12-neferin-yasadigi-ev-yanib-bu-hala-dusdu
Oxunma sayı: 2169

Qaxda 4 ailənin yaşadığı ev yanıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın hadisəsi günorta saatlarında rayonun Qoragan kəndində baş verib. 1950-ci il təvəllüdlü İsmayılova Səhirnaz Fəzail qızına məxsus 4 otaqdan ibarət olan evin 3 otağı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. 

Hadisə yerinə 4 yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Dördotaqlı evin bir otağı və yaxındakı tikililər yanğından mühafizə olunub.

Qeyd edək ki, həmin evdə 4 ailə (12 nəfər) yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov