Qaradağ rayonunda oğluna hədə-qorxu gəlindiyini bildirən şəxs polisə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Müşfiq qəsəbə sakini G.Əliyev bildirib ki, Zaur adlı şəxs onun 2011-ci il təvəllüdlü oğluna hədə-qorxu gəlib. Bu yolla Zaurun oğlundan 2350 manat aldığını bildirən şəxs onun müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş edib. O, hadisənin iyunun 26-da baş verdiyini, oğlunun qorxduğu üçün evdən götürdüyü 2350 manat pulu həmin şəxsə verdiyini deyib.
Müraciətlə bağlı Qaradağ RPİ-də araşdırma aparılır.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər