12 yaşlı uşaq 207 saatdan sonra dağıntılar altından çıxarıldı - Video

12-yasli-usaq-207-saatdan-sonra-dagintilar-altindan-cixarildi
Oxunma sayı: 2735

Zəlzələnin dağıtdığı Adıyaman şəhərində 207 saat sonra möcüzə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, axtarış-xilasetmə işləri zamanı 12 yaşlı Berat Yücel dağıntılar altından sağ-salamat çıxarılıb.

Yücel təcili yardımla xəstəxanaya aparılıb. Hazırda onun atasının və bacılarının axtarışlarının davam etdiyi bildirilir.