120 milyona sənət əsəri aldı

120-milyona-senet-eseri-aldi
Oxunma sayı: 3621

Rusiyalı milyarder Roman Abramoviç Norveç rəssamı Edvard Munkun “Qışqırıq” əsərini alıb.

“Qafqazinfo” “Sotheby's Life” Teleqram kanalına istinadən xəbər verir ki, sənət əsərinin qiyməti 120 milyon dollar təşkil edib. Qeyd edilir ki, Abramoviç şəklin dörd mövcud variantından birini alıb. 

“Soccernews” portalının məlumatına görə, alqı-satqı hələ mayın 2-də Nyu-Yorkda “Sotheby's” hərracında baş tutub. İşin ilkin qiyməti 50 milyon dollar olub. Cəmi 15 dəqiqə ərzində yeddi namizəddən biri qalib gəlib. Əsəri telefon bağlantısı vasitəsilə gizli şəkildə alan şəxsin kimliyi (Roman Abramoviç –red.) daha sonra məlum olub.

Qeyd edək ki, “Qışqırıq” Edvard Munkun 1893 və 1910-cu illər aralığında yaratdığı şəkillər seriyasıdır. Şəkillərdə qırmızı səma fonunda qışqıran insan fiquru təsvir edilib. O, ekspressionizmin emblemi hesab edilir.