Myanmada fevral çevrilişinin ardınca baş verən zorakılıq aktları və hərbi reydlər nəticəsində 120 mindən çox sakin evini tərk etmək məcburiyyətində qalıb, 75-dən çox sakin isə itkin düşüb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məruzəsində deyilir.
UNHCR-də bildiriblər ki, ölkənin cənub-şərqində ordu ilə xunta əleyhdarları arasında baş vermiş toqquşmalar nəticəsində 85 900-ə yaxın insan məcburi köçkün olub, daha 12 min nəfər Şimali Şan vilayətində, 20 min nəfər isə Kaçin və Çin əyalətlərində evlərini tərk ediblər.
Son xəbərlər
Son Xəbərlər