“Olimpiadada iştirak edən 300 şagirddən 120-sinin gözündə eynək var idi. Bu çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib?”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. O qeyd edib ki, bu yaxınlarda qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib:
“Bu şagirdlər millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Eyni zamanda, biz orada üzücü bir mənzərə ilə rastlaşdıq.Olimpiadada iştirak edən 300 nəfərdən 120-sinin gözündə eynək var idi. Bu çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həllinə yönəlik işlər görməliyik”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər