“1200 nəfərin iştirakı ilə “Novruz gecəsi” keçirəcəyik”

1200-neferin-istiraki-ile-novruz-gecesi-kecireceyik
Oxunma sayı: 1319


- Necə oldu ki, “Azərbaycan Almaniya mədəniyyət Evi” yarandı?

- Alman Azərbaycan mədəniyyət Evi 2013-cü ilin aprel ayında 4 nəfərdən ibarət komanda tərəfindən yaradılıb. Mən Ağa Ağayev Mətbuat və informasiya məsələri üzrə sədr müavini, Rəşad Xasayoğlu icraçı direktor, Altay Rüstəmli Azərbaycan mədəniyyət evinin rəhbəri, layihələr və beynəlxalq əlaqələr üzrə kordinatorumuz Zəhra Sadıqlı. Elə həmin ilin may ayının sonlarında da biz rəsmi olaraq qeydiyyatdan keçmişik. Məqsədimiz Azərbaycanın mədəniyyətini, tarixini, yaşam tərzini və ümumilikdə xalqımıza aid olan bütün məsələləri, əsasəndə işğala məruz qalmış Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, orada yaşayan almanlara və digər xalqlara öz vətənimizi təbliğ etməkdir. 

-Ümumiyyətlə Almaniyada fəaliyyət göstərən digər təşkilatların sizə dəstəyi hansı formadadır? Xüsusən də səfirliyimiz və diasporamız sizə nə kimi köməklik göstərirlər? 

- Azərbaycan mədəniyyət evinin ofisi Almiyanın Köln şəhərində yerləşir. Ancaq bu tək kölnlə bağlı təşkilat deyil. Bütün Almaniya üçündür. Eyni zamanda Almaniya da yaşayan soydaşlarımız üçün ofisimiz hər daim açıqdır. Gəlsinlər, qoşulsunlar bizlə bərabər iş görsünlər və bizim bütün imkanlarımızdan istifadə etsinlər. 

-Sizin işlərə maraq nə dərəcədədir orda yaşayan azərbaycanlılıar üçün?

- Bizim təşkilatımıza maraq çox yüksək dərəcədədir. Qeyd edim ki, 3 aydır artıq ofisimiz fealiyyət göstərir amma buna baxmayaraq 400 yaxın rəsmi üzvümüz var. Bu az vaxtda bu qədər üzvümüzün olması onu göstərir ki, orda yaşayan soydaşlarımız bu işlərdə istəklidirlər və təşkilatımızın fəaliyyətində aktiv iştirak edirlər. Biz Azərbaycanın bütün qht-lərinə maraqlıyıq. Almaniyada fəaliyyət göstərən Azərbaycan səfiri şəxsən Ramiz Ələkbərovla görüşmüşük, onun da məlumatı var bizim fəaliyyətimiz haqqında. Onlarda bizə müəyyən dəstəklər göstərirlər. Misal çəksək 20 yanvar tədbiri ilər bağlı stendlər bizə göndərdi. Xocalı mitinqimizdə bayraqlar, kitablar göndərdilər. Təşkilati məslələrimizdə yaxından yardımçımız olurlar. Bu barədə heç bir problem yoxdur. Diaspora komitəsi ilə də yaxın iş birliyi əməkdaşlıq içərisindəyik. Cənab nazir İbrahimovun bir başa bizə dəstəyi var. Ona görə də ümid edirəm ki, gələcəkdə də bu əməkdaşlıqlar davam edəcək. Digər tərəfdən də Azərbaycan mədəniyyət nazirliyi də rəsmi olaraq nazirin müavini sevda məmmədəliyeva bizə məktubla bildirib ki, bizimlə əməkdaşlığa meyllidirlər. Hazır da isə biz Mehriban Əliyevanın rəhbərlik etditi Heydər Əliyev fondu ilə əməkdaşlıq qurmaq arzusundayıq və buna görə də yazışmalar aparırıq. Digər tərəfdən Kəmallədin Heydərovun oğlu Taleh Heydərovun rəhbərlik etdiyi, Avropa Azərbaycan cəmiyyətinə müraciət etmişik və cavab gözləyirik. 

-Almaniya keçirdiyiniz tədbirlərə, yürüşlərə və ümumilikdə fəaliyyətinizə Almaniya höküməti tərəfindən müdaxilələr olurmu?

- Almaniya demokratik bir dövltdir. Azərbaycan dövlətinin fəaliyyət göstərməsi üçün geniş imkanlar mövcuddur. Artıq demək olar ki, almaniya hər zaman öz dəstəyini göstərmişdir. Biz istediyimiz yerdə icazə istəmişik, tədbirlərimiz üçün şəhərin tam mərkəzində Xocalının il dönümünə görə yürüş mitinqi keçirdik. Buna görə orada yaşayan ermənilər tərəfindən təxribatla üzləşdik amma almaniya polisinin zamanında müdaxiləsi tərəfindən bunun qaşısı alındı. Köln Domun qarşısında 500-ə yaxın insanın iştirakı ilə aksiyamızı müvəfəqiyyətlə başa vurduq. 

-Almanlar necə bu aksiyalarınızda qoşulurlar sizə?

Əlbəttə. Aksiyalarımızda Almanlarda istirak edir. Bunu bizim foto şəkillərimizdə, video materiallarımızda görə bilərsiniz. Biz konkret olaraq 3 ay ərzində almanlarla işləmişik elə bizim də əsas məqsədimiz almanlarla işləməkdir. Çünki biz özümüz deyib, özümüz eşitmək istəmirik. Fərqli üsullarla insanlarla əlaqə quraraq, internet üzərindən kompaniyalar keçirərək bu aksiyaları davam etdirmək niyyətimiz var və siz bilirsiz ki, almanları bu işə cəlb etmək üçün onların dilindən danışmaq lazımdır. Çünki almanlar elə bir millətdirlər ki, onlar müharibələr görüblər, itkilər veriblər. bu onların psixologiyasına artıq təsir edib deyə uşaq ölümü, insan vəhşilikləri pis təsir edir. Ona görə də biz artıq onlarla işləmək üçün bir taktika üsulu seçmişik. Daha çox müsiqili, turizimlə bağlı, bayram tədbirlərimizə dəvət edirik. 

- Gələcək planlarınıza nələr daxildir?

- Qarşıdan cumhuriyyət bayramımız gəlir. Bununla bağlı artıq müracitimizə razılıq cavabı gəlib. Alman kilsəsində tədbirimizi keçirəciyik. Orada keçirməyimizə səbəb də almanların daha çox kilsələrə toplaşmasıdır. Eyni zamanda cənab prezidentimiz kilsənin təmiri üçün yarım etmişdir. 

Daha sonra milli bayramımız olan Novruz bayramı gəlir. Böyük konsert proqramımız olacaq. Azərbaycandan da qonaqlar dəvət etmişik. 1200 nəfərin iştirakı ilə “Novruz gecəsi”ni keçirəcəyik. 

Növbəti illərdə artıq Almaniya və Azərbaycan əlaqələrinin gücləndirilməsi, 1918-ci 31 mart soyqrım aktımızın, 1992-ci il 26 fevral xocalı soyqrım aktının rəsmən qıbul edilməsini və avropa məhkəməsində xocalı soyrqımını təşkil edənlərin hüquqi cəzasını alması üşün mübarizəmizi davam etdirəciyik.