125 nəfər də Füzuliyə gedir

125-nefer-de-fuzuliye-gedir
Oxunma sayı: 1759

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu mərhələdə daha 30 ailə - 125 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 470 ailə, 1750 nəfərin daimi məskunlaşması təmin edilib.