“1266 nəfərin imtahandan kəsilməsi dəhşətlidir...”

1266-neferin-imtahandan-kesilmesi-dehsetlidir
Oxunma sayı: 3526

Təhsil eksperti Kamran Əsədov ötən gün Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən imtahanın nəticələrinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert qeyd edib ki, imtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb:

“Dəhşətlisi isə odur ki, 1266 nəfər nəticə göstərə bilməyib. Yəni bal toplamayan toplayanlardan iki dəfə çoxdur. Özü də hansı 1266 nəfər, bilirsiz? Yüksək bal toplayıb hüquq fakültəsinə qəbul olan, nə bilim prezident təqaüdü alan, hətta fərqlənmə diplomu ilə universiteti bitirən. Məlumdur ki, hüquq fakültəsinin keçid balı bütün digər ixtisaslardan yüksəkdir.

Əslində DİM - in özünün vaxtı ilə ali məktəblərə qəbul etdiyi abituriyentləri imtahan etməsi əladır. İnkişaf (?) dinamikasını izləmək imkanı əldə edirik.

Bundan iki nəticə çıxır:

1) Test imtahanı nəticələri bilik göstəricisi deyil. Ali məktəblərə qəbul təkcə test imtahanı ilə məhdudlaşmamalıdır.
2) Ali təhsil müəssisələrini əmək bazarının tələblərinə uyğun, minimum biliklərə malik kadr hazırlığı həyata keçirmir”.

Günel Türksoy